Qərbi Azərbaycan İcması Çexiya parlamentinin qətnaməsini pisləyib

Qərbi Azərbaycan İcması Çexiya parlamentinin qətnaməsini pisləyib
# 21 oktyabr 2023 11:51 (UTC +04:00)

Qərbi Azərbaycan İcması Çexiya parlamentinin qəbul etdiyi qərəzli qətnaməni və onun son vaxtlar bəzi dairələrin apardığı anti-Azərbaycan kampaniyasının alətinə çevrilməsini pisləyir.

Bu barədə APA-ya İcmadan məlumat verilib.

Qeyd edilib ki, Çex parlamenti Azərbaycanı “Qarabağda yerli əhali ilə davranışı müşahidə etmək üçün beynəlxalq müşahidəçilərin bölgəyə girişinə imkan verməyə və tarixi və dini abidələri qorumağa” çağırır.

Qoy çex parlamenti Azərbaycana görə “narahat” olmasın və beynəlxalq müşahidəçiləri daim sıxışdırılan, aşağılanan qaraçılara (Roma və sintilər) görə öz ölkəsinə dəvət etsin və İkinci Dünya Müharibəsinə aid abidələrin dağıdılması və təhqir edilməsi kimi məsələlərə münasibət bildirsin.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR