ABŞ İŞİD-in Əfqanıstandakı liderinin məhv edildiyini təsdiqləyib

ABŞ İŞİD-in Əfqanıstandakı liderinin məhv edildiyini təsdiqləyib
# 08 may 2017 01:14 (UTC +04:00)

Əfqanıstan və ABŞ hərbçilərinin keçirdiyi birgə əməliyyat nəticəsində İŞİD terror qruplaşmasının Əfqanıstandakı lideri Abdul Xasib məhv edilib.

 

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ ordusunun Əfqanıstandakı komandanı, general Con Nikolson bəyan edib.

 

“Bu uğurlu əməliyyat İŞİD-in məhvi yolunda növbəti addımdır”, deyə C.Nikolson qeyd edib.

 

Bundan əvvəl İŞİD liderinin məhv edildiyini Əfqanıstan prezidenti Əşrəf Qəni bəyan etmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR