Gəncə. Azər Məmmədli – APA. Gəncədə döyülmə faktı qeydə alınıb. APA-nın qərb bürosunun verdiyi məlumata görə, 38-ci hərbi şəhərcikdə yaşayan 1992-ci il təvəllüdlü Səbuhi Cəfərli sol bud bazunun arxa hissəsinin kəsilmiş-deşilmiş yarası xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Ona dərhal tibbi yardım göstərilib. Yaxınlarının sözlərinə görə, S. Cəfərli yaşadığı evin qarşısında hələ ki kimliyi məlum olmayan şəxs tərəfindən döyülüb.
Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.