Rusiya və Azərbaycan xarici işlər nazirlərinin müavinləri Bakı ilə İrəvan arasında normallaşma prosesini müzakirə ediblər

Rusiya və Azərbaycan xarici işlər nazirlərinin müavinləri Bakı ilə İrəvan arasında normallaşma prosesini müzakirə ediblər
# 29 mart 2024 23:04 (UTC +04:00)

Rusiya və Azərbaycan xarici işlər nazirlərinin müavinləri Mixail Qaluzin və Elnur Məmmədov Bakı ilə Yerevan arasında ikitərəfli münasibətlər və normallaşma perspektivləri məsələlərini müzakirə ediblər.

APA xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Moskvada keçirilən görüşün yekunlarına dair məlumatında deyilir.

Nazirlikdən verilən məlumata görə, Rusiya-Azərbaycan münasibətlərinin vəziyyəti və perspektivləri əsaslı şəkildə nəzərdən keçirilib. Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında 22 fevral 2022-ci il tarixli müttəfiqlik qarşılıqlı fəaliyyət haqqında bəyannamənin müddəalarının həyata keçirilməsi üzrə gələcək birgə addımlar müzakirə edilib.

Qaluzin və Məmmədov bir sıra regional və beynəlxalq mövzulara, o cümlədən Cənubi Qafqazdakı işlərin hazırkı vəziyyəti, Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında üçtərəfli sazişlər toplusu əsasında Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması perspektivlərindən danışıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR