Rusiya XİN mina xəritələrinin qarşılığında saxlanılanların azad olunması istiqamətində işin davam etdirildiyini bildirib

Rusiya XİN

© APA | Rusiya XİN

# 30 sentyabr 2021 17:41 (UTC +04:00)

“Hesab edirik ki, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatları gələcəkdə bu cür faciəvi hadisələrin təkrarlanmamasına etibarlı zəmanət verir”.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat və İnformasiya Departamentinin direktor müavini Aleksey Zaytsev bu gün keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, Rusiya üçtərəfli bəyanatlardan irəli gələn vəzifələrin icrasını diqqətdə saxlayır.

Rusiya XİN rəsmisi qeyd edib ki, mina xəritələrinin qarşılığında saxlanılanların azad olunması istiqamətində iş davam etdirilir: “Əminik ki, tezliklə bu ziddiyyətlərin birdəfəlik aradan götürülməsi Bakı və İrəvan arasında münasibətlərin sağlamlaşdırılmasına kömək edəcək”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR