Rusiya XİN: Moskva sülh müqaviləsinin hazırlanmasında Bakı və İrəvanla aktiv şəkildə əməkdaşlıq edir

Rusiya XİN: Moskva sülh müqaviləsinin hazırlanmasında Bakı və İrəvanla aktiv şəkildə əməkdaşlıq edir
# 09 avqust 2023 12:56 (UTC +04:00)

Rusiya tərəfi sülh müqaviləsinin hazırlanmasında rəsmi Bakı və İrəvanla aktiv şəkildə əməkdaşlıq edir.

APA xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin(XİN) İnformasiya və Mətbuat Departamentinin direktor müavini Aleksey Zaytsev jurnalistlər üçün bu gün keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin hazırlanması Rusiya, Azərbaycan və Ermənistan liderlərinin birgə imzaladığı üçtərəfli razılaşmanın elementlərindən biridir: “Rusiya tərəfi sülh müqaviləsinin hazırlanmasında rəsmi Bakı və İrəvanla aktiv şəkildə əməkdaşlıq edir. Bunun üçün bütün səviyyələrdə siyasi və diplomatik kanallardan istifadə edilir”.

Zaytsev onu da əlavə edib ki, hər il üçtərəfli sammitlər keçirilir, mütəmadi olaraq XİN rəhbərləri görüşür və bu yaxınlarda belə bir görüş baş tutub.

Xatırladaq ki, bir müddət öncə Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Denis Qonçar TASS-a müsahibəsində bildirmişdi ki, mümkün qədər tez bir zamanda sülhə nail olmaq barədə Bakı və İrəvandan daxil olan siqnallar o demək deyil ki, tərəflər istənilən şərtlərlə razılaşmağa hazırdırlar. Hələ bir sıra mürəkkəb mövzuların həlli yolları tapılmalıdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR