Rusiyalı diplomat: Aİ-nin müşahidə missiyasının genişləndirilməsi Cənubi Qafqazda gərginliyi artıracaq

Rusiyalı diplomat: Aİ-nin müşahidə missiyasının genişləndirilməsi Cənubi Qafqazda gərginliyi artıracaq
# 12 dekabr 2023 20:37 (UTC +04:00)

Avropa İttifaqının Ermənistandakı mülki müşahidə missiyasının genişləndirilməsi Ermənistan-Azərbaycan nizamlanmasına kömək etməyəcək.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Azərbaycan Səfirliyinin təşkil etdiyi ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunan tədbirdə iştirak edən Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Aİ missiyasının genişləndirilməsi Cənubi Qafqazda gərginliyi artıracaq.

“Müşahidə missiyasının Ermənistanda peyda olması Ermənistan-Azərbaycan nizamlanmasının təşviqi baxımından tamamilə faydasız addımdır. Biz əminik ki, Aİ missiyasının genişləndirilməsi tamamilə faydasız olacaq və heç bir nəticə verməyəcək", - deyə rusiyalı diplomat vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR