Karate Olimpiya Oyunları-2020-nın proqramına daxil edilib

Karate Olimpiya Oyunları-2020-nın proqramına daxil edilib
# 03 avqust 2016 23:47 (UTC +04:00)

Bakı-APA. Beynəlxalq Olimpiya Komitəsi (BOK) Rioda keçirdiyi qurumun 129-cu sessiyasında mühüm qərarlar qəbul edib.

Apasport.az saytının məlumatına görə, 5 idman növünün bundan sonra Olimpiya idman növlərinin sırasına qoşulması rəsmiləşib.

Belə ki, iyun ayında Lozanda baş tutmuş sessiyada karate, beyzbol/softbol, idman dırmanması, su xizəyi və sörfinqin Tokio-2020-dən etibarən proqrama salınması təklif edilmişdi. Bu dəfəki toplantıda isə artıq qərar rəsmən qəbul olunub.

Oyunlara əlavə olunan yeni 5 idman növündə 18 kateqoriyada 474 idmançı mübarizə apara biləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR