Bakı - APA-Economics. "AccessBank" dollar satışını bərpa edib.
"APA-Economics"in xəbərinə görə, bu günün ikinci yarısından etibarən dollar almaq istəyən müştərilər bankın filial və şöbələrinə müraciət edərək tələbatını ödəyə bilərlər.
Bir müştəri maksimum 500 dollar ala bilər.
Qeyd edək ki, "AccessBank"dan 1 ABŞ dollarını 1,65 manata əldə etmək mümkündür.