İordaniya səfiri AzMİU-nun rektoru ilə görüşüb

İordaniya səfiri AzMİU-nun rektoru ilə görüşüb
# 12 oktyabr 2016 14:55 (UTC +04:00)

Bakı-APA. Bu gün İordaniya Haşimilər Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Nassar Al-Habaşneh Azərbaycan Memarlıq və İnşaat Universitetində olub.

AzMİU-nun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfir rektor, professor Gülçöhrə Məmmədova ilə görüşüb.

Azərbaycan ilə İordaniya arasında ikitərəfli əlaqələrin yüksək səviyyədə olduğunu və uğurla inkişaf etdiyini vurğulayan rektor bu əlaqələrin təhsil sahəsinə də müsbət təsir etməsi arzusunu bildirib. Rektor universitet, burda təhsil alan əcnəbi tələbələr barədə qonağa məlumat verib, qeyd edib ki, Azərbaycanda memarlıq və inşaat ali təhsilinin 95 illik tarixi var, rəhbərlik etdiyi təhsil müəssisəsi ölkəmizdə inşaat üzrə mühəndis hazırlayan yeganə ali məktəbdir.

O vurğulayıb ki, sovet dönəmində Azərbaycanda təhsil almaq istəyən iordaniyalı tələbələrin sayı 73 olsa da, bu gün onların sayı azalaraq 12 olub. Rektor tələbə mübadiləsi istiqamətində əməkdaşlığın yeni mərhələdə daha da inkişaf etdirilməsinin vacibliyini qeyd edib.

Səfir Nassar Al Habaşneh iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələr kimi təhsilə də öz töhfələrini verməsi üçün İordaniyaya səfəri zamanı bu istiqamətdə çalışacağını, görüşdə səslənən təklifləri dəyərləndirəcəyini vurğulayıb. Səfir qeyd edib ki, təhsillə bağlı əməkdaşlığı, tələbə mübadiləsini genişləndirmək üçün ortaq məxrəcə gəlib birgə layihə hazırlamaq lazımdır.

Görüşdə səfirliyin 3-cü katibi, səfirin müavini Saad Ghazal, AzMİU-nun beynəlxalq əlaqələr üzrə prorektoru N.Abdullayeva, Əcnəbi tələbələrin təhsili üzrə dekan P.Sadıqov, Əcnəbi vətəndaşların hazırlığı fakültəsinin dekanı G.Əsgərəlizadə də iştirak edib.

Qonaqlar qonaqlar Universiteti gəzib, onları müasir avadanlıqlarla təchiz olunmuş laboratoriyalar, auditoriyalar, imtahan zalları, sərgi salonu, Heydər Əliyev Muzeyi ilə tanış edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR