Sabah parlamentdə Azərbaycan-ŞKTC parlamentlərarası əlaqələr üzrə işçi qrupunun yaradılması müzakirəyə çıxarılacaq

Sabah parlamentdə Azərbaycan-ŞKTC parlamentlərarası əlaqələr üzrə işçi qrupunun yaradılması müzakirəyə çıxarılacaq
# 04 aprel 2024 15:38 (UTC +04:00)

Milli Məclisin sabah keçiriləcək iclasının gündəliyi dəyişib.

APA xəbər verir ki, iclasın gündəliyinə daxil olan məsələlərin sayı 21-dən 22-ə artırılıb.

Beləliklə, parlamentin sabahkı iclasının gündəliyinə “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarında dəyişikliklər edilməsi barədə” Milli Məclisin qərar layihəsi daxil edilib.

Bu layihə Azərbaycan-Şimali Kipr Türk Cümhuriyyəti parlamentlərarası əlaqələr üzrə işçi qrupunun yaradılması ilə bağlıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR