Səfir: Türkiyə Ağdam-Xankəndi yolunun açılması istiqamətində Azərbaycanın səylərini dəstəkləyir

Səfir: Türkiyə Ağdam-Xankəndi yolunun açılması istiqamətində Azərbaycanın səylərini dəstəkləyir
# 31 avqust 2023 12:07 (UTC +04:00)

“Xankəndidə yaşayan mülki erməni vətəndaşların nümayəndələri ilə əlaqə saxlanmışdı. Dialoq üçün Yevlaxda görüş planlaşdırıldığı halda ermənilər süni humanitar böhran görüntüsü yaratmağa çalışıbdılar və beynəlxalq aləmi də aldatmaq üçün səylər göstərildi”.

APA xəbər verir ki, bunu diplomatik korpus nümayəndələri ilə Ağdam-Xankəndi yoluna səfər etmiş Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı deyib.

O bildirib ki, Türkiyə bu müddətdə Azərbaycanın səylərini sona qədər dəstəkləməyə davam edir: “Əgər söhbət humanitar böhrandan gedirsə, Xankəndi ilə aramızda 16 km məsafə var, və Ağdam – Xankəndi yolu hər cür humanitar yüklərin daşınması üçün açıqdır. Türkiyə də bu istiqamətdə Azərbaycanın atdığı addımları dəstəkləyir”.

Emin Babayev

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR