Cəlilabadda müharibə əlilləri və şəhid ailələrinə yeni evlər verilib

Cəlilabadda müharibə əlilləri və şəhid ailələrinə yeni evlər verilib
# 04 avqust 2016 11:29 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Cəlilabad rayonunda 8 ədəd yeni fərdi yaşayış evi Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin istifadəsinə verilib.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə,

fərdi yaşayış evlərinin təqdim olunması tədbirində Dövlət Sosial Müdafiə Fondunun direktor müavini Əminə Seyidzadə Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin mənzillə təminatı istiqamətində mühüm addımların atıldığını bildirib.

Direktor müavini nəzərə çatdırıb ki, cari ilin ötən dövründə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 223 nəfər şəxsə, o cümlədən 140 nəfər Qarabağ müharibəsi əlilinə, 83 şəhid ailəsinə müasir tələblərə cavab verən yeni mənzillər təqdim olunub. Bu təbəqələrdən olan vətəndaşların Azərbaycan Prezidentinin aylıq təqaüdləri və sosial müavinətlərlə, əmək pensiyaları ilə təminatı da gücləndirilir. Cari ilin yanvar ayında dövlət başçısının müvafiq fərman və sərəncamları ilə bu sosial ödənişlərin növbəti dəfə artırılması təmin edilib.

Tədbirdə əlilliyi olan şəxslərin, o cümlədən müharibə əlillərinin tibbi-sosial reabilitasiyası, onların səmərəli bərpa-müalicə sistemi ilə əhatə olunması yönündə görülən işlərdən də bəhs olunub.

Daha sonra fərdi yaşayış evlərinə baxış olub. Mənzillərdə ailələrin rahat yaşayışı üçün müasir tələblərə uyğun şərait yaradılıb.

İstifadəyə verilən fərdi yaşayış evlərindən 4 ədədi Qarabağ müharibəsi əlillərinə, digər 4 ədədi isə şəhid ailələrinə təqdim olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR