"Petkim"in səhmləri kəskin bahalaşıb

"Petkim"in səhmləri kəskin bahalaşıb
# 28 sentyabr 2016 10:39 (UTC +04:00)

Bakı - APA-Economics. "Petkim Petrokimya Holding A.Ş."-nin səhmləri ilin əvvəlindən 89,39% bahalaşıb.

"APA-Economics" xəbər verir ki, holdinqin səhmlərinin nominal dəyəri tarixdə ilk dəfə 4,60 lirəni ötüb.

Birja iştirakçıları deyir ki, bu gedişlə şirkətin səhmlərinin nominal dəyəri 5 lirəni ötəcək.

Düzdür, bugünkü sessiyanın açılışında səhmlər bahalaşsa da, hazırda ucuzlaşma müşahidə olunur. Sessiyaya 4,66 lirə ilə başlayan səhmlər indi 4,64 lirəyədək enib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR