Azərbaycan və Türkiyənin iştirakı ilə üçtərəfli görüşlər bərpa olunur

Azərbaycan və Türkiyənin iştirakı ilə üçtərəfli görüşlər bərpa olunur
# 02 may 2017 11:10 (UTC +04:00)

"Azərbaycan və Türkiyənin iştirakı ilə üçtərəfli görüşlərin keçirilməsi üçün Türkiyədə referendum prosesinin başa çatmasını gözləyirdik".

 

APA-nın məlumatına görə, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.

 

Səfir qeyd edib ki, artıq referendum prosesi tamamlanıb, yayda üçlü formatda görüş keçirilməsi nəzərdə tutulur.

 

"Görüşün ilk olaraq hansı formatda keçiriləcəyi üçüncü ölkənin hazırlığından asılıdır", - deyə diplomat bildirib.

 

Qeyd edək ki, Azərbaycan və Türkiyənin iştirakı ilə Azərbaycan-Türkiyə-Gürcüstan, Azərbaycan-Türkiyə-Türkmənistan formatında müxtəlif səviyyəli görüşlər keçirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR