Lerikdə şəlalədə çimərkən boğulan 18 yaşlı oğlanın meyiti tapılıb - YENİLƏNİB

Lerikdə şəlalədə çimərkən boğulan 18 yaşlı oğlanın meyiti tapılıb - <span style="color: red;">YENİLƏNİB
# 17 avqust 2016 13:05 (UTC +04:00)

Lerik. Ağəddin Babayev – APA. Lerik rayonunda bədbəxt hadisə nəticəsində ölmüş şəxsin meyiti tapılıb. APA-nın cənub bürosunun məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional Mərkəzinin xilasediciləri tərəfindən tapılan meyit aidiyyəti üzrə təhvil verilib.


Ölən şəxsin Lənkəran rayonunun Digah kənd sakini, 18 yaşlı Mircavad Məhəmməd oğlu İsmayılov olduğu məlum olub. M. İsmayılov Lənkəran-Lerik şose yolunun 25-ci kilometrliyində, Lerik rayonunun Şivəkəran kəndi ərazisindəki şəlalənin altında çimərkən suda batıb.

Hadisə yerinə cəlb olunan FHN-in xilasediciləri onun meyitini aşkarlayaraq aidiyyəti üzrə təhvil veriblər.

Faktla bağlı araşdırma aparılır.

***

13.23

Lerik. Ağəddin Babayev - APA. Lerikdə bədbəxt hadisə baş verib. APA-nın cənub bürosunun məlumatına görə, şəxsiyyəti hələlik məlum olmayan gənc oğlan Talış dağlarındakı şəlalədən yıxılaraq aldığı xəsarətlərdən hadisə yerindəcə ölüb. Onun Lənkəran rayon sakini olduğu bildirilir.

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin xilasediciləri ölən şəxsin oradan çıxarılması üçün hadisə yerinə gəliblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR