Tovuz sakinini ilan sancıb

Tovuz sakinini ilan sancıb
# 22 avqust 2016 19:23 (UTC +04:00)

Tovuz. Azər Məmmədli – APA. Tovuz rayon sakinini ilan sancıb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Vahidli kənd sakini, 1976-cı il təvəllüdlü Ruhiyyə Həsənova sol baldırın ilan dişləməsi xəsarəti ilə Tovuz mərkəzi rayon xəstəxanasına yerləşdirilib.

Ona dərhal tibbi yardım göstərilib, vəziyyətinin ağır olduğu bildirilir. Məlumata görə, qadın həyətində iş görən zaman ilan onu sancıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR