Rusiya Azərbaycana elektrik enerjisi ötürən yarımstansiyanı təmirə bağlayır

Rusiya Azərbaycana elektrik enerjisi ötürən yarımstansiyanı təmirə bağlayır
# 05 sentyabr 2016 07:20 (UTC +04:00)

Bakı - APA-Economics. Rusiyanın "Federal Şəbəkə Şirkəti" Dağıstanda yerləşən "Belici" yarımstansiyasında yenidənqurma işlərinə başlayıb. "APA-Economics" xəbər verir ki, bu barədə şirkətin yaydığı məlumatda deyilir.

Bildirilir ki, aparılan işlər Dağıstanın cənub hissəsinin elektrik enerjisi ilə təminatını yaxşılaşdıracaq. Bununla yanaşı, aparılan işlər nəticəsində 110 kV "Belici-Yalama" dövlətlərarası elektrik enerjisi ötürücüsünün fəaliyyətini gücləndirəcək. Qeyd edək ki, bu ötürücü vasitəsilə Dağıstandan Azərbaycana elektrik enerjisi nəql olunur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR