Amsterdamda Məhəmməd Füzuliyə həsr olunmuş konfrans keçirilib

Amsterdamda Məhəmməd Füzuliyə həsr olunmuş konfrans keçirilib
# 19 yanvar 2016 09:43 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Məhəmməd Füzuli Amsterdamda keçirilən konfransda anılıb. APA-nın "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, beynəlxalq tədbir Türkevi Araşdırmalar Mərkəzi, “Parıltı” ədəbiyyat jurnalı və “Mürəkkəb” fondu tərəfindən “Füzuli, Leyli və Məcnun” mövzusunda təşkil edilib. Konfransda çıxış edən yazıçı İsgəndər Pala Füzuli yaradıcılığının dünyada təbliğ olunmamasına görə narahatlığını dilə gətirib. İ. Pala qeyd edib ki, “Leyli və Məcnun” kimi zamanın fövqündə dayanan əsərin müasir dövrdə operası yazılmalı, filmlər çəkilməli, musiqilər bəstələnməlidir.

Tədbirdə eyni zamanda Füzuli ilə eyni əsrdə yaşamış ingilis şair Şekspirin yaradıcılığı müqayisəli təhlil edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR