Xaçmaz rayonunda əsən güclü külək daha bir yaşayış binasının damını uçurub. APA-nın şimal bürosunun verdiyi məlumata görə, şəhərin Nəriman Nərimanov küçəsindəki beşmərtəbəli yaşayış binasının damı uçub.
Rayonun Ağtala kəndində isə güclü külək nəticəsində daş hasar və yardımçı tikilinin damı uçub, iki avtomobillə ziyan dəyib.
***
09:08
Güclü külək Xaçmaz rayonunda bir sıra fəsadlar törədib.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, Xaçmaz şəhəri, Nəriman Nərimanov küçəsində yerləşən 74 saylı 5 mərtəbəli yaşayış binasının damını külək uçurub. Hadisə zamanı xəsarət alan olmayıb.
Güclü külək nəticəsində rayonun elektrik təsərrüfatını da ziyan dəyib, bəzi ərazilərdə ağaclar aşıb.