Məhəmməd Cavad Zərif: “İran terrorçulara qarşı mübarizəni dayandırmayacaq”

Məhəmməd Cavad Zərif: “İran terrorçulara qarşı mübarizəni dayandırmayacaq”
# 15 fevral 2016 22:39 (UTC +04:00)

Bakı-APA. İran İŞİD və “Cəbhət ən-Nüsrə” terror qruplaşmalarına qarşı mübarizəni dayandırmayacaq.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Avropa İttifaqı diplomatiyasının başçısı Federika Moqerini ilə görüşdən sonra bəyan edib.

“Biz razılığa gəldik ki, İŞİD və “Cəbhət ən-Nüsrə” terrorçu təşkilatlarla mübarizə davam etdirilməlidir. Suriyada münaqişənin nizamlanma prosesinə artıq start verilib. Lakin bəziləri geri çəkilməyə üstünlük verirlər”, deyə M.C.Zərif bildirib.

İran xarici işlər idarəsinin rəhbəri İŞİD və “Cəbhət ən-Nüsrə” nümayəndələrinin sülh danışıqlarında iştirakını da istisna edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR