İTV-nin MTRŞ-ya qarşı kassasiya şikayəti üzrə məhkəmənin vaxtı məlum olub

İTV-nin MTRŞ-ya qarşı kassasiya şikayəti üzrə məhkəmənin vaxtı məlum olub
# 01 noyabr 2016 12:42 (UTC +04:00)

İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) Milli Televiziya və Radio Şurasına qarşı (MTRŞ) kassasiya şikayəti üzrə keçiriləcək məhkəmənin vaxtı məlum olub.

APA-nın xəbərinə görə, şikayətə 2017-ci il fevralın 9-da Ali Məhkəmədə hakim Azər Hüseynovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, MTRŞ İTV-də yayımlanan “Qarabağnamə” çoxseriyalı bədii televiziya filmini yarımçıq dayandırdığı üçün telekanala ayrılan vəsaitin geri qaytarılması barədə iddia tələbi ilə 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə müraciət edib. 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsi MTRŞ-nın iddiasını təmin edib. Həmin qərarla razılaşmayan İTV Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi İTV-nin MTRŞ-ya qarşı şikayətini təmin etməyib. 2011-ci ildə Azərbaycan prezidenti İlham Əliyevin milli teleserialların və televiziya filmlərinin çəkilişi üçün telekanallara dövlət büdcəsindən 5 milyon manat vəsait ayrılması barədə sərəncam imzalayıb. Həmin vaxt “Qarabağnamə” serialının çəkilişinə 100 min manat vəsaitin sərf olunacağı bildirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR