“Unibank”ın aktivlərinin həcmi 2016-cı ilin III rübündə 727,674 mln. manat təşkil edib.
Bankdan “APA-Economics”ə verilən məlumata görə, kredit portfelinin həcmi hesabat dövründə 442,324 mln. manat olub ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 36,1% azdır.
Oktyabr ayının 1-nə bankın depozit portfelinin həcmi 366,977 mln. manata, öhdəliklərinin həcmi isə 658,561 mln. manata bərabər olub.