Bakıda kafe yanıb

Bakıda kafe yanıb
# 25 fevral 2016 11:30 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakı şəhərində kafe yanıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə Nəsimi rayonunda beşmərtəbəli yaşayış binasının zirzəmisində yerləşən, vətəndaşa məxsus ümumi sahəsi 50 kv.m olan “Səma” kafesinin mətbəxində qeydə alınıb.

Qaz balonunun alışması nəticəsində mətbəxin lambrindən ibarət tavan 10 kv.m sahədə yanıb. Kafenin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR