Topaz Premyer Liqası bir dəqiqəlik sükutla başlayacaq

Topaz Premyer Liqası bir dəqiqəlik sükutla başlayacaq
# 16 avqust 2016 14:11 (UTC +04:00)

Bakı – APA. Topaz Premyer Liqasında III turun oyunları bir dəqiqəlik sükutla başlayacaq. Bu barədə apasport.az saytına Peşəkar Futbol Liqasının (PFL) Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev məlumat verib.

Buna səbəb I divizion təmsilçisi “Zaqatala” klubunun düşərgəsində baş verən ölüm hadisəsidi.

Belə ki, yenidən kollektivə qayıdan nigeriyalı futbolçu Maykl Umanyika komandanın dünənki məşqi zamanı dünyasını dəyişib. Bu səbəbdən də PFL-in təşəbbüsü ilə çempionatın həftəsonu keçiriləcək III turunun bütün qarşılaşmalarından öncə bir dəqiqəlik sükut olacaq.

Qeyd edək ki, III turda “Zirə” – AZAL, “İnter” – “Kəpəz” (19 avqust), “Qarabağ” - “Neftçi” (20 avqust) və “Qəbələ” – “Sumqayıt” (21 avqust) oyunları baş tutacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR