Türkiyə Səfirliyində Zəfər Günü münasibətilə tədbir keçirilib - FOTO

Türkiyə Səfirliyində Zəfər Günü münasibətilə tədbir keçirilib - FOTO
# 30 avqust 2023 19:35 (UTC +04:00)

Türkiyənin Azərbaycandakı Səfirliyində bu ölkənin milli bayramı Zəfər Günü münasibətilə tədbir keçirilib.

APA xəbər verir ki, tədbir Azərbaycanın və Türkiyənin hökumət nümayəndələri, deputatlar və digər qonaqlar, həmçinin media mənsubları iştirak edib.

Tədbir Azərbaycanın və Türkiyənin Dövlət Himnlərinin səsləndirilməsi ilə başlayıb.

Ardından Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəfər Günü münasibətilə müraciətini səsləndirib.

Səfir Zəfər Gününün Azərbaycanın işğaldan azad olunmuş ərazilərə dönüşünün həyata keçirildiyi vaxtda qeyd olunmasını xüsusilə qeyd edib.

Müdafiə nazirinin birinci müavini, Azərbaycan Ordusunun Qərargah rəisi general-polkovnik Kərim Vəliyev isə ölkələrimiz arasındakı hərbi əlaqələrin inkişaf perspektivindən söz açıb.

"Əminəm ki, iki qardaş ölkənin orduları arasında əməkdaşlıq bundan sonra da uğurla inkişaf edəcək.

Müdafiə Nazirliyinin rəhbərliyi adından və şəxsən öz adımdan Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyətini Zəfər Bayramı münasibətilə təbrik edir, dövlətçilik və azadlıq uğrunda canlarını fəda etmiş şəhidlərimizin müqəddəs xatirəsini dərin ehtiramla anır, Azərbaycan və Türkiyəyə yeni qələbələr və uğurlar arzulayıram!" – o deyib.

Tədbir bədii hissə ilə davam edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR