Türkiyə XİN başçısı: Cənubi Qafqazda sülh və sabitliyə çox yaxınıq

Türkiyə XİN başçısı: Cənubi Qafqazda sülh və sabitliyə çox yaxınıq
# 14 dekabr 2023 15:17 (UTC +04:00)

Azərbaycan antiterror tədbirləri ilə əraziləri üzərində tam suverenliyini təmin etdi.

APA-nın xəbərinə görə, bunu bu gün Türkiyə xarici işlər naziri Hakan Fidan xarici işlər naziri Ceyhun Bayramovla birgə keçirilən mətbuat konfransında bildirib.

Hakan Fidan deyib ki, sülhün olduğu Cənubi Qafqaz hər kəs üçün vacibdir: “Buna görə də bütün tərəflər buna səy göstərməlidir. Təəssüf ki, Qərbdəki erməni lobbisi bəzi şəbəkələri Azərbaycanın üzərinə qaldırmağa çalışır. Bu ölkələrin Azərbaycan-Ermənistan münasibətlərini normallaşdırmaq istiqamətində çalışsa, daha yaxşı olar.

Azərbaycan-Ermənistan arasındakı son razılaşmanı da yüksək qiymətləndiririk. Biz bölgədə sülh və sabitliyə çox yaxınıq. Bu istiqamətdə Azərbaycanla əlaqələrimizi yaxından davam etdirəcəyik”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR