Türkiyə XİN Fransa Prezidentinə cavab verib

Türkiyə XİN Fransa Prezidentinə cavab verib
# 27 avqust 2022 13:20 (UTC +04:00)

“Fransa prezidenti Emmanuel Makronun Əlcəzairə səfəri zamanı bəzi ölkələrlə birlikdə Türkiyəni hədəf alan açıqlamalar verməsi son dərəcə təəssüf doğurur”.

APA-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Qeyd olunub ki, Əlcəzair başda olmaqla ölkəsinin Afrikada müstəmləkə keçmişi ilə üzləşməkdə çətinlik çəkən Fransa prezidenti Makronun digər ölkələri, o cümlədən Türkiyəni ittiham edərək bu keçmişindən qurtulmağa çalışması qəbuledilməzdir.

“Düşmənçiliyi deyil, dostluğu təşviq edən, Afrika Birliyinin strateji tərəfdaşları arasında yer alan Türkiyə həm Əlcəzair, həm də Afrika qitəsinin digər ölkələri ilə münasibətlərini günü-gündən inkişaf etdirir və bu əlaqələr qarşılıqlı etimada əsaslanır, ölkələrin öz iradəsinə hörmət edən tərzdə irəliləyir”.

Türkiyə XİN Fransanı Afrika qitəsində ona qarşı mövqelərin olduğunu düşündüyü halda, bunun mənbəyini öz müstəmləkə keçmişində və düzəltməyə çalışmalıdır.

“Bu reaksiyaların üçüncü dövlətlərin fəaliyyəti nəticəsində yarandığını iddia etmək, öz keçmişi ilə bağlı problemlərlə üzləşib həll etmək əvəzinə, sadəcə bir hadisəni və tarixi inkar etmək deyil, həm də bəzi siyasətçilərin təhrif olunmuş mentalitetini əks etdirir. Ümid edirik ki, Fransa digər ölkələri, o cümlədən ölkəmizi günahlandırmadan öz müstəmləkə keçmişi ilə üz-üzə gəlmək üçün ən qısa zamanda yetkinliyə çatacaq”, - deyə bəyanatda vurğulanır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR