Robert Prosineçki: “Qəbələ”nin yaxşı komanda olmasına zərrə qədər şübhə yoxdu”

Robert Prosineçki: “Qəbələ”nin yaxşı komanda olmasına zərrə qədər şübhə yoxdu”
# 17 avqust 2016 10:40 (UTC +04:00)

Bakı – APA. “Qəbələ”nin yaxşı komanda olmasına zərrə qədər şübhə yoxdu. Çox güclü və ciddi komandadı”. Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki deyib.

Təcrübəli mütəxəssis təmsilçimizin Avropa Liqasının pley-off mərhələsindəki şanslarını dəyərləndirib. Sloveniyanın “ekipa24.si” saytına danışan millimizin çalışdırıcısı “Maribor”la oyunöncəsi “Qəbələ”ni tərifləyib.

Prosineçki “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçukun müsbət keyfiyyətlərini də sadalayıb: “Qriqorçuk çox ağır, intizamlı, mütəşəkkil görünən və müdafiədəki oyuna daha çox köklənən mütəxəssisdi. Bu komandada da müəyyən çətinliklər var. Amma onlarla qarşılaşmada risk etmək təhlükəlidi. Bir sözlə, “Maribor”un işi asan olmayacaq”.

Qeyd edək ki, “Qəbələ” ilə “Maribor” arasında ilk oyun sabah “Dalğa Arena”da keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR