Lənkəranda 14 yaşlı qız bədbəxt hadisə nəticəsində ölüb

Lənkəranda 14 yaşlı qız bədbəxt hadisə nəticəsində ölüb
# 17 avqust 2016 00:27 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev – APA. Lənkəranda ölüm hadisəsi baş verib.

APA-nın cənub bürosunun məlumatına görə, hadisə ötən gün axşam saatlarında rayonun istirahət mərkəzlərinin birində qeydə alınıb. Belə ki, Lənkəranın Velədi kənd sakini, 2002-ci il təvəllüdlü Zəhra Səfail qızı Şıxəlizadənin əhvalı qəfildən dəyişib və o, müvazinətini itirərək, istirahət mərkəzinin pilləkənindən yerə yıxılıb. Ətrafdakıların köməyi ilə 14 yaşlı qız dərhal Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Lakin həkimlər onun həyatını xilas edə bilməyiblər.

Faktla bağlı Lənkəran Rayon Prokurorluğu araşdırma aparır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR