Mey: "Britaniya ilin sonunadək Brexit prosesini işə salmayacaq”

Mey: "Britaniya ilin sonunadək Brexit prosesini işə salmayacaq”
# 20 iyul 2016 19:49 (UTC +04:00)

Bakı-APA. Avropa İttifaqından çıxma prosesi müəyyən vaxt tələb edəcək.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Böyük Britaniyanın baş naziri Tereza Mey bəyan edib.

"Danışıqları hazırlamaq üçün vaxt lazımdır. Əvvələr də söylədiyim kimi, ilin sonunadək Brexit prosesi işə salınmayacaq”, deyə T. Mey bildirib.

Xatırladaq ki, iyunun 23-də Böyük Britaniyada ölkənin Aİ-dən çıxması ilə bağlı referendum keçirilib və seçicilərin 52 faizi bu təklifi dəstəkləyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR