Azərbaycanın şimal bölgəsinə güclü qar yağıb

Azərbaycanın şimal bölgəsinə güclü qar yağıb
# 25 yanvar 2016 08:13 (UTC +04:00)

Quba. Vəli Turan - APA. Azərbaycanın şimal bölgəsinin bəzi dağlıq ərazilərində temperatur mənfi 12 dərəcədir. Quba Regional Hidrometeorologiya Müəssisəsindən APA-nın şimal bürosunun verilən məlumata görə, Qusar, Quba və Xızı rayonlarına qar yağıb.

Ən çox qar Xızı rayonunun Altıağac qəsəbəsinə düşüb. Burda qarın hündürlüyü 16 sm-ə çatıb. Ötən günlərdə yağan qarın bəzi ərazilərdə qalması nəticəsində qarın hündürlüyü Xınalıq kəndində 42, Qırızda 40 sm. Ləzə kəndində isə 32 sm-ə çatıb.

Quba 6 saylı Yol istismar sahəsindən bildirilib ki, yağan qar avtomobil yollarında problem yaratmayıb. Bütün istiqamətlərdə avtomobillərin hərəkətində hər hansı məhdudiyyət yoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR