Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
# 25 yanvar 2016 10:33 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Dİn-in saytına istinadən verdiyi məlumata görə, yanvarın 24-də Yasamal rayonu ərazisində Bakı şəhər sakini Əlibəy Abbaszadə idarə etdiyi “KİA” markalı avtomobillə yolu keçən Salyan rayon sakini Ələddin Quliyevi vurub. Ə.Quliyev xəstəxanaya aparılarkən yolda ölüb.


Yasamal rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR