Elm və təhsil müəssisələrində çalışanlara işlədikləri quruma məxsus istehsalat sahələrində sahibkarlıqla məşğul olmaq hüququ verilə bilər

Elm və təhsil müəssisələrində çalışanlara işlədikləri quruma məxsus istehsalat sahələrində sahibkarlıqla məşğul olmaq hüququ verilə bilər
# 19 fevral 2016 08:59 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Azərbaycanda elm və təhsil müəssisələrinin işçilərinə çalışdıqları quruma məxsus istehsalat sahələrində sahibkarlıq fəaliyyəti ilə də məşğul olmaq hüququ verilə bilər. Bu fəaliyyətə görə onlardan vergi tutulmaması da təklif olunur.

Milli Məclisdən APA-ya verilən məlumata görə, bu, “Elm haqqında” qanun lahiyəsinin 43-cü maddəsinin 7-ci və 8-ci bəndində əksini tapıb.

Maddənin 7-ci bəndinə görə, elmi müəssisələrin və ali təhsil müəssisələrinin işçiləri əməkdaşı olduqları təşkilatda mövcud istehsalat sahələrində və digər sahələrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququna malikdirlər.

Maddənin 8-ci bəndində isə göstərilir ki, elmi işçilərin və mütəxəssislərin, ali təhsil müəssisəsi əməkdaşlarının çalışdıqları müəssisələrdəki innovasiya və sahibkarlıq fəaliyyətindən əldə etdiyi mənfəətdən vergi tutulmur və ya bu hallarda güzəştli vergi tətbiq olunur.

Qanun layihəsi fevralın 23-də Milli Məclisin plenar iclasında ikinci oxunuşda müzakirəyə çıxarılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR