Bakıda çoxmərtəbəli binaların seysmik davamlılığı yoxlanılacaq

Bakıda çoxmərtəbəli binaların seysmik davamlılığı yoxlanılacaq
# 02 avqust 2016 11:29 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Bakıda çoxmərtəbəli binaların seysmik davamlılığı yoxlanılacaq.

APA-nın xəbərinə görə, Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli bu gün keçirdiyi mətbuat konfransında deyib ki, bu proses layihə çərçivəsində Almaniyanın geoloji təşkilatı ilə birgə aparılacaq və 2 il davam edəcək.

Onun sözlərinə görə, bununla bağlı yekun danışıqlar sentyabrın 19-21-də Almaniyada olacaq və bundan sonra prosesə nə vaxtdan başlanılacağına qərar veriləcək.


Q. Yetirmişli əlavə edib ki, Respublika Seysmoloji Xidmət Mərkəzi tərəfindən Bakıda tikilən bütün yeni çoxmərtəbəli binalara, eləcə də digər sənaye əhəmiyyətli tikintilərə əvvəlcədən ərazinin seysmikliyi barədə rəy verilir: “Bundan sonra Fövqəladə Hallar Nazirliyi tikintiyə ciddi nəzarət edir. Ümumiyyətlə isə binalar 9 ballıq zəlzələyə hesablanaraq tikilir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR