Zakir Həsənov Türkiyənin müdafə naziri və Silahlı Qüvvələrin Baş Qərargah rəisinə başsağlığı verib

Zakir Həsənov Türkiyənin müdafə naziri və Silahlı Qüvvələrin Baş Qərargah rəisinə başsağlığı verib
# 18 fevral 2016 07:33 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Ankara şəhərində törədilmiş terror aktı nəticəsində həlak olanlarla bağlı Türkiyənin milli müdafiə naziri İsmət Yılmaza və Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Hulusi Akara başsağlığı məktubları ünvanlayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, məktublarda bildirilir: "Qardaş Türkiyə Respublikasının Ankara şəhərində törədilmiş xain terror aktı nəticəsində çoxlu sayda hərbi qulluqçunun və mülki şəxslərin həlak olması və xəsarət alması haqqında xəbər məni dərindən kədərləndirdi. Biz bu dəhşətli hadisədən çox hiddətlənir, terrorizmi qətiyyətlə pisləyir və ən kəskin şəkildə terrora qarşı mübarizə aparırıq. Həlak olanlara rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm. Xəsarət alanlara isə Tanrıdan şəfa diləyirəm".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR