Gürcüstanda parlament seçkilərinin II turu  başlayıb - FOTOSESSİYA

Gürcüstanda parlament seçkilərinin II turu  başlayıb - <span style="color: red;">FOTOSESSİYA
# 30 oktyabr 2016 06:53 (UTC +04:00)

Bu gün Gürcüstanda doqquzuncu çağırış parlament seçkilərinin II turu başlayıb.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, ölkənin 18 bölgəsində və 32 rayonunda başlayan seçkilər 50 dairə seçki məntəqəsində səsvermə keçirilir.

APA-nın Gürcüstan bürosunun müxbiri azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunun Qızılhacılı kəndində fəaliyyət göstərən 48 saylı seçki məntəqəsində olub. Bu məntəqənin daxil olduğu dairədə “Gürcü Arzusu-Demokratik Gürcüstan” və “Vahid Milli Hərəkat” partiyalarının irəli sürdükləri namizədlər mübarizəyə aparırlar. Qızılhacıl seçki məntəqəsində 1465 seçicinin səsvermədə iştirakı gözlənilir. Qızılhacılı kənd orta məktəbinin qarşısına toplaşan seçicilər səhər saat 08.00-da başlayan səsvermə prosesində iştirak etmək üçün növbəyə durublar. Seçki məntəqəsində müşahidəçilər də seçkini izləyirlər.

Dünən oktyabrın 13-də saxlanılan 6 nəfər gəncdən Qızılhacılı kəndindən bir nəfər - Ruslan Zeynalov azadlığa buraxılıb. Dünən gecə saatlarında Ruslan Zeynalovun azadlığı atılan fişənglərlə qeyd olunub. Gecə saatlarında deputatlığa namizəd Tamaz Naveriani və Gürcüstan hökumətinin rəsmisi Sozar Subari də Qızılhacılıda olublar.

Marneuli 22 saylı dairə seçki komissiyasının sədri Koba Asanidze APA-ya açıqlamasında Marneuli ərazisində yaradılan 46 seçki məntəqəsində sakitlik hökm sürdüyünü, hələlik heç bir qayda pozuntusu olmadığını bildirib. Onun sözlərinə görə Marneulidə II tur seçkilərində 47.500 nəfər seçici səs verəcək.”

K. Asanidze oktyabrın 8-də qarşıdurma yaranmış Qızılhacılı kənd icra nümayəndəliyinin ərazisində hazırda 48, 49, 50, 83 və 89 saylı seçki məntəqələrində səsvermənin normal getdiyini bildirib.

Qeyd edək ki, seçkilər barədə mübarizə aparan partiyaların müxtəlif fikirləri yayılıb. “Gürcü Arzusu”nun məqsədi 49 dairənin 46-da seçkiləri udmaqdır. Ekspertlərin fikrincə, II tur seçkilərində “Gürcü Arzusu” qələbə çalacaq. “Gürcü Arzusu”nun parlamentdə 116-117 yer almaq imkanı var.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR