Volfqanq Maniq: “Almaniya və Fransa olaraq regionda tərəflər arasında yaxınlaşmaya kömək etmək istərdik” - FOTO

Volfqanq Maniq: “Almaniya və Fransa olaraq regionda tərəflər arasında yaxınlaşmaya kömək etmək istərdik” - FOTO
# 25 yanvar 2022 23:16 (UTC +04:00)

"Tarixdə Almaniya və Fransa arasında çəkişmələr, fikir ayrılıqları olub, lakin bu gün iki ölkə arasında münasibətlər ən yüksək səviyyədədir."

APA-nın xəbərinə görə, bunu Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maniq Alman-Fransız günü münasibətilə keçirilən "Franz" filminin nümayişi ilə bağlı tədbirdə çıxışında deyib.

Səfir bildirib ki, 1963-cü ilin 20 yanvarında Fransa və Almaniya arasında müqavilə imzalandı və imzalanan müqavilə iki ölkə arasında dostluğu, əməkdaşlığı daha da gücləndirdi.

"Bu gün Almaniya və Fransa ayrılmaz cütlüyə çevrilib və bu ölkələr Avropanın aparıcı güclərindəndir.

Almaniya Fransa arasında da bəzən fikir ayrılığı və çəkişmələr olub lakin bu gün iki ölkə arasında münasibətlər, mübadilələr yüksək səviyyədədir", səfir Maniq vurğulayıb.

Diplomat təqdim olunan filmin Almaniya və Fransanın birgə istehsalı olduğunu bildirib.

Alman diplomat Cənubi Qafqazda münaqişə ölkələrinin bir-birinə qarşı şübhəli yanaşmaları olsa da, artıq yaxınlaşmanın, dialoqun da gözə çarpdığını deyib.

"Biz, Almaniya və Fransa olaraq regionda tərəflər arasında yaxınlaşmaya kömək etmək və bu prosesə töhfə vermək istərdik".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR