Xarkov və Odessaya hava hücumu zamanı xəsarət alanlar arasında azərbaycanlılar yoxdur

Xarkov və Odessaya hava hücumu zamanı xəsarət alanlar arasında azərbaycanlılar yoxdur
# 29 dekabr 2023 21:57 (UTC +04:00)

Ukraynanın müxtəlif şəhərlərinə genişmiqyaslı hava hücumu zamanı xəsarət alanlar arasında azərbaycanlı yoxdur.

APA xəbər verir ki, bu barədə Azərbaycanın Ukraynanın Xarkov şəhərindəki fəxri konsulu Əfqan Salmanov deyib.

Onun sözlərinə görə konsulluq əməkdaşları xəsarət alanların siyahısı ilə maraqlanıb və onlar arasında azərbaycanlılar yoxdur.

Bildirilib ki, həmyerlillərimizlə daim telefon əlaqəsi saxlanılır.

"Eyni zamanda da fəxri konsulluğun saytında həmçinin rəsmi "Facebook" səhifəsində bu barədə məlumat paylaşılacaq", - deyə o bildirib.

Həmçinin Odessa şəhəridə hücuma məruz qalıb. Burada da saoydaşlarımızla müntəzəm əlaqələr qurulur.

Bu barədə "Birlik" Odessa Azərbaycan Evinin sədr müavini Anar Ağayev bildirib.

"Yaşadığım ərazidəki məktəbə raket düşüb. Dağıntı olsa da, itki olmayıb. Bəzi yerdə raket yaşayış binasına düşüb, iki nəfər ölüb, 20-ə yaxın yaralı var. Onların arasında soydaşlarımız yoxdur", - deyə Anar Ağayev bildirib.

Sədr müavini bildirib ki, məlumat almaq imkanları genişdir və mütəmadi əlaqə saxlanılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR