“Azərbaycanın xarici siyasət prioritetləri” mövzusunda görüş keçirilib

“Azərbaycanın xarici siyasət prioritetləri” mövzusunda görüş keçirilib
# 12 mart 2013 10:13 (UTC +04:00)

Bakı-APA. Bakı Dövlət Universitetində “İRƏLİ” Siyasi Diplomatiya klubunun təşkilatçılığı ilə “Diplomatic Confession” layihəsi çərçivəsində “Azərbaycanın xarici siyasət prioritetləri” mövzusunda görüş keçirilib. APA-nın məlumatına görə, görüşün qonağı Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev olub. Görüşdə “İRƏLİ” İctimai Birliyinin baş katibi Nərmin Məmmədova, birliyin Nəzarət Təftiş Komissiyasının sədri Xəqani Fərəcov, “İRƏLİ” Siyasi Diplomatiya klubunun rəhbəri Murad Ağabəyli və gənclər iştirak ediblər.

Elman Abdullayev ilk olaraq Azərbaycanın müstəqillik əldə etdikdən sonra qonşu dövlətlərlə münasibətindən danışıb. Daha sonra iştirakçılara Azərbaycanın beynəlxalq və regional təşkilatlarla, o cümlədən aparıcı dünya dövlətləri ilə olan münasibətlərə dair məlumat verilib.

Sonda iştirakçıları maraqlandıran sualları cavablandırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR