“Xəzər beşliyi” birgə layihələrin koordinasiyası üçün vahid struktur formalaşdıracaq

“Xəzər beşliyi” birgə layihələrin koordinasiyası üçün vahid struktur formalaşdıracaq
# 29 sentyabr 2014 15:20 (UTC +04:00)

APA-nın İTAR-TASS-a istinadən verdiyi məlumata görə, sənəd dövlət başçıları tərəfindən imzalanıb.

Bəyanatda bildirilir ki, tərəflər sahil sularında 25 dəniz mili məsafədə bioehtiyatların hasilatı hüququ əldə edirlər. 19 maddədən ibarət sənəddə deyilir ki, tərəflərin Xəzər dənizində fəaliyyəti razılaşdırılmış prinsiplər əsasında olacaq: “O cümlədən hər tərəfin 15 mil məsafədə dəniz məkanının suverenliyi və əlavə 10 mil məsafədə də bioloji resursların hasilatı hüququ təsdiqlənir”.

Bəyanatda Xəzər dənizinin dibinin və səthinin hamı tərəfindən qəbul olunmuş prinsiplər əsasında bölüşdürülməsi vacib prinsiplərdən hesab olunur.

Liderlər dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə, müstəqilliyinə hörmət, bir-birinə qarşı güc tətbiq etməmək, güc tətbiq etməklə hədələməmək barədə razılığa gəliblər. Həmçinin Xəzər dənizində silahlanmada stabil balansa riayət edilməsi və hərbi təyinatlı obyektlərin inşasının məntiqli və yetərli şəkildə gerçəkləşdirməyin vacibliyi vurğulanıb.

Rusiya prezidenti Vladimir Putin jurnalistlərə bildirib ki, “Xəzər beşliyi” birgə layihələrin koordinasiyası üçün vahid struktur formalaşdıra bilər: “Çoxtərəfli layihələr maliyyə təminatından başqa, həm də daimi təşkilati dəstək tələb edir. Buna görə də, tərəfdaşlarla beştərəfli bir strukturun yaradılması barədə razılaşdıq”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR