Azərbaycan prezidenti Bolqarıstan Ali Kassasiya Məhkəməsinin sədrini qəbul edib

 Azərbaycan prezidenti Bolqarıstan Ali Kassasiya Məhkəməsinin sədrini qəbul edib
# 12 noyabr 2012 15:53 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev noyabrın 12-də Bolqarıstan Ali Kassasiya Məhkəməsinin sədri Lazar Qruyevin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

APA-nın məlumatına görə, Azərbaycanla Bolqarıstan arasında ikitərəfli münasibətlərin bütün istiqamətlərdə, o cümlədən iqtisadi və energetika sahələrində uğurla inkişaf etdiyini vurğulayan dövlət başçısı bu münasibətlərin daha da genişlənməsi ilə bağlı yaxşı perspektivlərin olduğunu deyib.

Prezident İlham Əliyev əlaqələrin genişlənməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmini qeyd edib. Dövlət başçısı ölkələrimizin Avropa Birliyi, NATO və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığını yüksək qiymətləndirib. Prezident Bolqarıstan Ali Kassasiya Məhkəməsinin sədri Lazar Qruyevin səfərinin onun azərbaycanlı həmkarları ilə məhkəmə sistemi sahəsində əməkdaşlığın inkişaf etdirilməsi üzrə bağlı məsələlərin müzakirəsi üçün yaxşı imkan yaratdığını deyib.

Öz növbəsində, L. Qruyev ölkələr arasında ikitərəfli münasibətlərin, o cümlədən iqtisadi sahədə əməkdaşlığın son illər sürətlə inkişaf etdiyini məmnunluqla vurğulayıb. O, Bolqarıstanın və Azərbaycanın məhkəmə sistemi arasında əməkdaşlığın inkişafı üçün yaxşı imkanların olduğunu bildirib və bu əməkdaşlığın genişlənəcəyinə əminliyini ifadə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR