Azərbaycanın İsveçrədəki səfiri: “Diplomatik və xidməti pasportlara malik şəxslər iki ölkə arasında vizasız hərəkət edə biləcəklər” - VİDEO

 Azərbaycanın İsveçrədəki səfiri: “Diplomatik və xidməti pasportlara malik şəxslər iki ölkə arasında vizasız hərəkət edə biləcəklər” - <span style="color: red;">VİDEO
# 09 iyul 2014 09:40 (UTC +04:00)

Bu yaxınlarda imzalanacaq sazişə əsasən diplomatik və xidməti pasportlara malik şəxslər iki ölkə arasında vizasız hərəkət edə biləcəklər”. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında İsveçrənin Azərbaycandakı səfiri Əkrəm Zeynallı deyib. O bildirib ki, İsveçrə-Azərbaycan münasibətləri ciddi siyasi dialoq və etimad üzərində qurulub, iqtisadi, mədəni, humanitar əlaqələr bu bazada inkişaf edir.

Səfir qeyd edib ki, hazırda Azərbaycanda 81 İsveçrə şirkəti fəaliyyət göstərir. Məşhur “Stadler” şirkəti Azərbaycanla əməkdaşlığı genişləndirir, şirkətin Azərbaycanla vaqon zavodunun inşası ilə bağlı layihəsi hazırdır: “Bu sahədə razılıq əldə edilib və yaxın günlərdə bu layihənin icrasına başlanılacaq”.

Ə. Zeynallı İsveçrənin əczaçılıq şirkətləri ilə müzakirələr aparıldığını da söyləyib: “Əlaqələrimiz birtərəfli inkişaf etmir, Azərbaycan şirkətləri də İsveçrəyə investisiya qoyur. ARDNŞ “SOCAR” brendi altında İsveçrədə 160-dan çox yanacaqdoldurma məntəqəsi qurub. ARDNŞ həm də İsveçrədə caz festivallarının və mədəni tədbirlərin təşkilində sponsor qismində iştirak edir. Hazırda iki ölkə arasında ticarət dövriyyəsi 400 milyon dollar civarındadır”.


Ə. Zeynallının sözlərinə görə, iqtisadi əlaqələrin inkişafı iki ölkə arasında birbaşa aviareyslərin açılmasını da zəruri edir: “AZAL bu istiqamətdə ilk addımı atıb. İyulun 11-dən etibarən həftənin iki günü - cümə və bazar günləri Bakı-Cenevrə-Bakı reysi fəaliyyətə başlayacaq”.


Səfir hazırda İsveçrədə 1000 azərbaycanlının yaşadığını, bundan əlavə, dövlət proqramı xətti ilə 200 azərbaycanlı tələbənin İsveçrə ali məktəblərində təhsil aldığını nəzərə çatdırıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR