"Diplomatik xidmət əməkdaşlarına təminat və kompensasiyaların verilməsi Qaydaları"na dəyişikliklər edilib

"Diplomatik xidmət əməkdaşlarına təminat və kompensasiyaların verilməsi Qaydaları"na dəyişikliklər edilib
# 03 sentyabr 2013 10:52 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. Nazirlər Kabineti "Diplomatik xidmət əməkdaşlarına təminat və kompensasiyaların verilməsi Qaydaları"nda dəyişikliklər edib. Bu barədə APA-ya Nazirlər Kabinetindən məlumat verilib.

Dəyişiklik Xüsusi Dövlət Mühafizə Xidmətinin tərkibində Diplomatik Nümayəndəliklərin Mühafizə İdarəsinin yaradılması ilə əlaqədar olub. Dəyişikliyə əsasən "Diplomatik xidmət əməkdaşlarına təminat və kompensasiyaların verilməsi Qaydaları"na 2 nömrəli əlavə -"Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqlarında çalışan diplomatik xidmət əməkdaşlarının yaşayış yeri ilə təminatı normaları"nın cədvəlinə diplomatik nümayəndəliklərin mühafizəsinə cavabdeh olan mühafizə zabiti, zabit-mütəxəssis və əməliyyat işçisi daxil edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR