ABŞ Konqresinin nümayəndə heyəti ADA-nın professor və müəllim heyəti ilə görüşüb - FOTO

ABŞ Konqresinin nümayəndə heyəti ADA-nın professor və müəllim heyəti ilə görüşüb - <span style="color: red;">FOTO
# 16 avqust 2013 16:09 (UTC +04:00)

Bakı-APA. Avqustun 9dan 18-dək Azərbaycanda səfərdə olan ABŞ Konqresinin doqquz nəfərlik nümayəndə heyəti Azərbaycan Diplomatik Akademiyasına baş çəkib. ADA Kommunikasiya Departamentindən APA-ya verilən məlumata görə, Konqresdə Pensilvaniya, Cənubi Karolina, Kaliforniya, Tennessi, Texas, Corciya, Miçiqan və Nyu York ştatlarını təmsil edən aparat rəhbərləri Akademiyanın yeni kampusu ilə tanış olduqdan sonra ADA-nın professor və idarə heyəti ilə görüşüblər. ADA-nın tarixi, strukturu, missiyası, təklif etdiyi proqram və ixtisaslar barədə məlumatlandırılan Konqres üzvləri daha sonra Akademiyadakı tələbə həyatı və tələbələr asudə vaxtının planlaşdırılması kimi mövzular haqqında danışıblar.

Akademiyanın dünyanın bir çox universitetləri, xüsusilə də ABŞ ali təhsil ocaqları ilə yaxından əməkdaşlıq etdiyini vurğulayan icraçı prorektor Fariz İsmayılzadə, gələcəkdə bu tipli əməkdaşlıqların genişləndiriləcəyini qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR