Aİ: "Biz Azərbaycan institutları, o cümlədən yeni seçilmiş parlamentlə əməkdaşlığı davam etdirməyi səbirsizliklə gözləyirik”

Aİ: "Biz Azərbaycan institutları, o cümlədən yeni seçilmiş parlamentlə əməkdaşlığı davam etdirməyi səbirsizliklə gözləyirik”
# 03 noyabr 2015 07:18 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova-APA. “Aİ bütün xalqın mənafeyi naminə Azərbaycan institutları, o cümlədən yeni seçilmiş parlamentlə əməkdaşlığı davam etdirməyi səbirsizliklə gözləyir”. APA-nın məlumatına görə, bu barədə Avropa İttifaqının Azərbaycanda keçirilən parlament seçkiləri ilə bağlı bəyanatında deyilir. Qeyd edilir ki, Azərbaycanla ATƏT DTİHB arasında müşahidəçilərin sayı ilə bağlı razılıq əldə olunmadığından onlar Azərbaycandakı seçkiləri izləməkdən imtina ediblər, AŞPA isə Azərbaycana müşahidə missiyası göndərib: “Azərbaycan rəhbərliyinin ATƏT DTİHB-nin əvvəlki tövsiyələrini yerinə yetirməsinə ehtiyac var. Avropa İttifaqı beynəlxalq standartlara əsaslanan, şəffaf və inklusiv şəkildə həyata keçirilən seçkiləri dəstəkləyir. Parlament seçkilərində Azərbaycanın ən böyük müxalifət partiyalarından biri iştirak etməyib və bununla da belə güman edilir ki, oyun meydanın səviyyəsi bütün namizədlər üçün eyni şəkildə təmin edilməyib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR