Almaniya xarici işlər nazirinin müavini bu gün Azərbaycana gələcək

Almaniya xarici işlər nazirinin müavini bu gün Azərbaycana gələcək
# 12 noyabr 2012 09:02 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova - APA. Almaniya Federativ Respublikasının xarici işlər nazirinin müavini, millət vəkili Kornelia Piper bu gün Azərbaycana səfər edəcək. Bu barədə APA-ya Almaniyanın Azərbaycandakı səfirliyinin mətbuat katibi Aytəkin Məhərrəmova bildirib.

O qeyd edib ki, xarici işlər nazirinin müavini Kornelia Piper, Almaniyanın İqtisadiyyat və Texnologiyalar Nazirliyinin şöbə müdiri Dr. Karl Ernst-Brauner və Alman Sənaye Ticarət Palatasını (DIHK) təmsil edən Dr. Folker Trayer Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayevlə birlikdə Alman-Azərbaycan Ticarət Palatasının təntənəli
açılış mərasimində iştirak edəcək.


Səfər çərçivəsində xarici işlər nazirinin müavini Kornela Piper Azərbaycanın XİN başçısı Elmar Məmmədyarov, mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə rəsmi görüşlər keçirəcək, həmçinin vətəndaş cəmiyyətinin nümayəndələri ilə fikir mübadiləsi aparacaq.


Kornelia Piper bəyan edib ki, Bakıda açılacaq Alman-Azərbaycan Ticarət Palatası MDB məkanında Moskvadan sonra ikinci olacaq: “Bununla Almaniya Azərbaycanı bir neçə illər ərzində regionun iqtisadi güc mərkəzinə çevirən dinamikaya öz münasibətini bildirir. Siyasi səviyyədə biz geniş mövzular ətrafında intensiv və etibarlı dialoq aparırıq. Azərbaycan Almaniya üçün hələ də böyük geosiyasi çağırışlarla üzləşən regionda vacib tərəfdaşdır. Bu dialoq həmçinin vətəndaş cəmiyyəti və vətəndaş cəmiyyətinin mövzularını əhatə edir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR