AŞPA Nazirlər Komitəsi sədri azərbaycanlı deputatın qaldırdığı məsələni dəstəkləyib

AŞPA Nazirlər Komitəsi sədri azərbaycanlı deputatın qaldırdığı məsələni dəstəkləyib
# 09 oktyabr 2017 19:24 (UTC +04:00)

Bu gün AŞPA-da Nazirlər Komitəsinin sədri, Çexiyanın Xarici İşlər Naziri Lubomir Zaoralek millət vəkilləri qarşısında çıxış edib və onların suallarını cavablandırıb.

APA-nın Avropa müxbiri xəbər verir ki, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva qurumun Azad Demokratlar Qrupu adından Nazirlər Komitəsinin sədrinə sual verib. O, Avropa Şurası Parlament Assambleyasında (AŞPA) mədəni irsin məhv edilməsi və onun qanunsuz ticarətinə qarşı mübarizəyə dair bu ilin may ayından etibarən ratifikasiyasına start verilmiş "Qeyri-maddi mədəni irsin qorunması haqqında" Konvensiyanın əhəmiyyətinə toxunub və üzv ölkələrdə bu sənədin imzalanması və ratifikasiyası istiqamətində konkret hansı işlər görüldüyünü soruşub.

Cex Respublikasının xarici işlər naziri, Avropa Şurası Nazirlər komitəsinin sədri Lubomir Zoaralek deputatımızın tamamilə haqlı olduğunu, bu konvensiyanın münaqişələrin, terror aktlarının durmadan baş verməsi səbəbindən böyük əhəmiyyət kəsb etdiyini bildirib. Nazir qeyd edib ki, artıq 8 ölkə bu konvensiyanı ratifikasiya edib və digər dövlətlərin ratifikasiya etmələri üçün deputatları dövlət səviyyəsində müvafiq tədbirlər görməyə dəvət edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR