Aşqabadda ATƏT-in təşkilatçılığı ilə Xəzəryanı ölkələrin forumu keçirilib

Aşqabadda ATƏT-in təşkilatçılığı ilə Xəzəryanı ölkələrin forumu keçirilib
# 23 noyabr 2012 14:15 (UTC +04:00)

Bakı. Könül Cəfərli - APA. Türkmənistanın paytaxtı Aşqabad şəhərində ATƏT-in təşkilatçılığı ilə Xəzəryanı ölkələrin forumu keçirilib.

APA-nın İRİB-ə istinadən məlumatına görə, Xəzər dənizinin təhlükəsizliyinə həsr olunmuş yığıncaqda yalnız dörd Xəzəryanı ölkə - Azərbaycan, Türkmənistan, Qazaxıstan və Rusiya iştirak edib. İranın toplantıya qatılmamasının səbəbləri barədə heç bir açıqlama verilməyib.

Tədbirdə qeyd olunub ki, birgünlük forumun keçirilməsində məqsəd Xəzər dənizi yolu ilə tranzit məsələsində təhlükəsizliyin bərqərar edilməsi və mümkün qarşıdurmalar zamanı müvafiq orqanlar arasında koordinasiyanın vacibliyidir.

Toplantıda Xəzəryanı ölkələr arasında əməkdaşlıqla dənizin hüquqi statusunun müəyyənləşdirilməsi və ya müzakirənin aparılmasının mümkün olduğu vurğulanıb. Forumun sonunda yekun bəyanat qəbul edilib. Sənəddə bildirilir ki, yalnız hökumətlərarası əməkdaşlıq və qarşıdurmalardan çəkinməklə Xəzər hövzəsindəki böhranları aradan qaldırmaq mümkündür.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR