ATƏT PA-nın payız sessiyasının gündəliyi açıqlanıb

ATƏT PA-nın payız sessiyasının gündəliyi açıqlanıb
# 15 sentyabr 2014 12:23 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. ATƏT Parlament Assambleyasının (PA) Cenevrədə keçiriləcək payız sessiyasının gündəliyi açıqlanıb. Azərbaycanın ATƏT PA-da nümayəndə heyətinin rəhbəri, Milli Məclisin sədr müavini Bahar Muradova APA-ya açıqlamasında bildirib ki, sessiya “Yeni təhlükəsizlik çağırışları və parlamentlərin rolu” devizi altında keçiriləcək. O qeyd edib ki, bu mövzunun siyasi və hərbi, iqtisadi və ekoloji, eləcə də insan hüquqları ilə bağlı tərəflərinin müzakirəsi üçün komitə iclasları təşkil olunacaq. Bundan əlavə, sessiya çərçivəsində Daimi Komitənin iclası və ATƏT PA-nın Aralıq dənizi Forumunun növbəti konfransı keçiriləcək.

Qeyd edək ki, sessiya oktyabrın 3-5-də keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR